BAKI. 30 iyun. TELEQRAF
Ölkədə din adamlarının həbsləri fonunda Ermənistan Baş naziri Nikol Paşinyan daxildə sabitliyi poza biləcək bütün təhdidlərin uğurla zərərsizləşdirildiyini bəyan edib.
Teleqraf xəbər verir ki, o, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüşdə bu qurumun yeni direktoru Andranik Simonyanı təqdim edərkən öz mövqeyini açıqlayıb.
“Ermənistanda sabitliyi poza biləcək və təhlükəsizliyə təhdid yarada biləcək bütün təhdidlər uğurla zərərsizləşdirilib”, - Paşinyan bildirib.
Həmçinin o, əmin edib ki, bu gün ölkənin üzləşdiyi çağırışlar hibrid xarakter daşıyır və terrorizm və konstitusiya quruluşunun pozulması və casusluq elementlərini ehtiva edir.