BAKI, 24 iyun. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə imzalanmasını istəyir.
Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.
Erməni nəşrinin iddiasına görə, Ermənistan hökumətinin başçısı artıq bununla bağlı Türkiyə liderinə birbaşa müraciət edib.
“Bu günlərdə həm mediada, həm də sosial şəbəkələrdə Nikol Paşinyanın Türkiyəyə səfəri və İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü ilə bağlı müxtəlif məlumatlar dolaşır. Bunlardan biri də Ermənistan Baş nazirinin Türkiyə Prezidentinə müraciət etməsi və onun vasitəçiliyinin tezliklə Azərbaycanla sülh sazişinin imzalanmasını gözləməsi ilə bağlıdır”, - erməni nəşri bildirib.
Xatırladaq ki, Nikol Paşinyan iyunun 20-də Türkiyədə səfərdə olub. Baş nazir səfər çərçivəsində İstanbulda Türkiyə Prezidenti ilə görüşüb.