BAKI, 21 iyun. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyədə Ermənistan konsulluğunun açılmasını arzuolunan hesab edir.
Teleqraf xəbər verir ki, o, bunu iyunun 20-də İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən əvvəl Türkiyədəki erməni icması ilə görüşündə deyib.
“Məqsədimiz Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr qurmaq, sərhədləri açmaqdır ki, bu da Ermənistanla Türkiyə arasında avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutur”, - Paşinyan bildirib.