BAKI, 21 iyun. TELEQRAF

“Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə əlamətdar səfəri zamanı onu belə mühüm məqamda müşayiət etdim”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan özünün X sosial şəbəkə hesabında yazıb.

“Dialoq, münasibətlərin normallaşdırılması və regionda - yaxın qonşuluğumuzda sülhün təşviqi Ermənistanın xarici siyasətinin açarıdır”, - Mirzoyan qeyd edib.

Xatırladaq ki, Ermənistan Baş nazirinin başçılıq etdiyi nümayəndə heyəti iyunun 21-də Türkiyədə rəsmi səfərdə olub. Səfər çərçivəsində Nikol Paşinyan İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.