BAKI, 20 iyun. TELEQRAF

"Ermənistan Baş naziri Nikol Paşinyanın Minskdə keçiriləcək Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammitinə qatılmaması təəssüf doğurur".

Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə bildirib.

Qeyd edək ki, Aİİ-yə üzv ölkələrin bütün rəhbərləri, Ermənistan baş naziri istisna olmaqla, tədbirdə şəxsən iştirak edəcəklərini təsdiqləyiblər. Nikol Paşinyan forumda distant formatda - videobağlantı vasitəsilə iştirak edəcək.

Aİİ sammiti iyunun 26-27-də Belarusda keçiriləcək.