BAKI, 17 iyun. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini “zinakar” adlandırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

“Ktrij Nersisyan (II Qaregin), de ki, o zinakar Arşak “öz müqəddəs yer”inə qayıtsın. Sözün əsl mənasında öz yerinə qayıtmalıdır”, - baş nazir bildirib.

Ermənistan hökumətinin rəhbəri daha sonra əlavə edib:

“Erməni kanonu” Erməni Apostol Kilsəsinin əsrlər boyu formalaşmış davranış qaydaları toplusudur. Orada deyilir ki, zinakar yepiskop, bu halda Arşak “müqəddəs vəzifə”dən uzaqlaşdırılmalıdır.

Demək istədiyim odur ki, kilsəmizin qaydalar toplusunda məhz bu sözlər yazılıb. “Erməni kanonu”na görə, Arşak “müqəddəs zinakar” deməkdir. Gəlin Ktriç Nersisyanın cavabını gözləyək ki, onu sırf və müstəsna olaraq “Erməni kanonu”nun tərifləri ilə müəyyən edə bilək. Artıq cəfəngiyata yer yoxdur”.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz.

Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və bu məqsədlə koordinasiya şurasının yaradılmasına çağırıb.