BAKI, 5 iyun. TELEQRAF
“Siz nə Qarabağ problemini həll etməyə çalışmısınız, nə onu müstəqil dövlət, nə də Ermənistanın bir hissəsi kimi tanımısınız, nə ona, nə də buna razılıq vermisiniz. Siz sadəcə status-kvonu sonsuza qədər uzatmağa çalışmısınız, üstəgəl, bir gün bunun xalqın üzərində partlayacağını çox gözəl bildiyiniz halda”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdəki “Ermənistan” fraksiyasının deputatı və “Daşnaksütyun” partiyasının üzvü Artur Xaçaturyanın ittihamlarına cavab verərəkən deyib.
Mirzoyan həmçinin qeyd edib: “Təəssüflər olsun ki, bizim və erməni xalqının, şəxsən mənim kifayət qədər intellektim, siyasi yetkinliyim və siyasi düşüncəmiz yox idi ki, vaxtında özümüzü düzgün istiqamətləndirək, özümüzə gələk, vaxtında kompromisə gələk və həll yollarına gedək”.
Ermənistan xarici işlər naziri əlavə edib ki, sülh müqaviləsinin mətni ilə bağlı razılaşma real nailiyyətdir: “Hətta imzalanmamış olsa belə, sadəcə bu faktı bəyan etməklə Ermənistan Respublikasının təhlükəsizlik səviyyəsində müəyyən artım müşahidə olunur”.