BAKI, 5 iyun. TELEQRAF
“Ermənistanın keçmiş hakimiyyətlərinin nümayəndələri (sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanı nəzərdə tutur – red.) talanla ələ keçirdiklərini yavaş-yavaş qaytaracaqlar”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Başqa variant yoxdur: heç yana qaça bilməyəcəklər. Dediyim kimi, bir dənə də olsun balıq və siçan sürüşüb aradan çıxa bilməyəcək. Artıq qaça bilmirlər, buna görə səs-küy salırlar, nizamsız hərəkətlər edirlər”, - baş nazir vurğulayıb.
Paşinyan əlavə edib ki, onların hakimiyyəti dövründə qeyri-qanuni yola mənimsənilən bəzi əmlaklar artıq geri qaytarılıb:
“Bundan sonra qanunsuz mülkiyyətdən danışarkən onun kimə məxsus olduğunu göstəriləcək. Mən bunu hər dəfə vurğulayacağam. Biz nəinki mülkləri, həm də bunlarla əlaqəli insanları öz adları ilə çağıracağıq ki, yanlış şərhlər olmasın”.