BAKI, 5 iyun. TELEQRAF
“Subaylıq andını pozub-pozmayacağına bütün ermənilərin katolikosu II Qreginin özü aydınlıq gətirməlidir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Mən bütün ermənilərin katolikosunun həqiqəti boğan rolunda ola və ağzından həqiqətdən başqa bir şey (yalan) çıxa biləcəyinə inana bilmirəm. II Qareginin özü aydınlıq gətirsin: o, subaylıq andını pozubmu, övladı varmı? Bizim ondan həqiqəti eşitməyə haqqımız var”, - baş nazir bildirib.
Nikol Paşinyan bundan əvvəl sosial mediada yazmışdı ki, əgər II Qareginin subaylıq andını pozduğu və övladı olduğu ortaya çıxarsa, o, bütün ermənilərin katolikosu ola bilməz.