BAKI, 2 iyun. TELEQRAF

“Əgər məlum olsa ki, II Qaregin subaylıq andını pozub və övladı var, o, artıq bütün ermənilərin katolikosu ola bilməz”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Mən bunu hər kəsin şəxsi və ailə həyatının toxunulmazlığı hüququna tam hörmətlə bildirirəm, amma bütün ermənilərin katolikosunun belə şəxsi həyatı ola bilməz.

Mən Erməni Apostol Kilsəsinin davamçısı kimi məsələni qaldırıram, çünki mən bunu mənəvi təhlükəsizlik məsələsi kimi görürəm, həm də Ermənistan Respublikasının baş naziri kimi deyirəm, çünki bunu dövlət təhlükəsizliyi məsələsi kimi görürəm. Eçmiədzin kilsəsi bu vəziyyətə münasibət bildirməlidir, bundan sonra məsələyə əlavə aydınlıq gətiriləcək”, - baş nazir bildirib.

Xatırladaq ki, Nikol Paşinyanla erməni kilsəsi arasında münasibətlər son illərdə, xüsusən də hökumət nümayəndələrinin bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb etməsindən və onun 44 günlük müharibədə Azərbaycana məğlubiyyətə görə Ermənistan hakimiyyətini kəskin tənqid etməsi səbəbindən pisləşib.