BAKI, 29 may. TELEQRAF
“Türkiyə və Azərbaycan olaraq bir çox sahədə, xüsusilə strateji olaraq gördüyümüz müdafiə, enerji, kənd təsərrüfatı və heyvandarlıq sahələrində əməkdaşlığı inkişaf etdiririk”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən dönərkən təyyarədə jurnalistlərlə söhbətində deyib.
“Türkiyə və Azərbaycan olaraq bir çox sahədə, xüsusilə strateji olaraq gördüyümüz müdafiə, enerji, kənd təsərrüfatı və heyvandarlıq sahələrində əməkdaşlığı inkişaf etdiririk. Qidada tam müstəqillik milli təhlükəsizlik məsələsidir. Həm pandemiya, həm su müharibələri, həm də regional böhranlar bütün dünyaya təchizat təhlükəsizliyinin vacibliyini bir daha göstərdi. Biz də Türkiyənin istehsal bazasına çevrilməsi üçün var gücümüzlə çalışırıq. İndi biz Azərbaycanla ərzaq təminatının təhlükəsizliyi baxımından daha sıx əməkdaşlıq etmək istəyirik.
Hesab edirəm ki, bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatına üzv olan digər qardaş ölkələrimiz üçün də bir siqnal olacaq. Artıq tədarükümüz olan məhsullarda qardaş ölkələrə üstünlük verəcəyik. Birlikdə daha çox istehsal edib, daha çox paylaşaraq gələcəyə daha möhkəm addımlayacağıq”, - dövlət başçısı bildirib.