BAKI, 27 may. TELEQRAF

Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan “İrəvan Dialoqu” konfransı çərçivəsində Fələstinin xarici işlər və diaspor üzrə dövlət naziri Varsen Ağabekyan ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmsöhbətlər ikitərəfli gündəliyə, o cümlədən Cənubi Qafqaz və Yaxın Şərqdəki bir sıra regional məsələlərə toxunublar.

Ağabekyan Qəzza zolağındakı vəziyyətlə bağlı Kostanyana məlumat verib.