BAKI, 15 may. TELEQRAF

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Tehran Dialoq Forumu 2025”də iştirak etmək üçün mayın 16-da İrana səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Səfər çərçivəsində işgüzar görüşlərin keçirilməsi planlaşdırılır.