TBİLİSİ, 25 aprel. TELEQRAF

Bu ilin yanvarın 1-nə olan məlumata əsasən, Gürcüstan əhalisinin sayı 3,7 milyon nəfər təşkil edir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin sayında 9,9 min nəfər artım qeydə alınıb.

Qonşu ölkə əhalisinin 48%-ni kişilər, 52%-ni isə qadınlar təşkil edir. Kişilərin sayı 1 milyon 774,5 min nəfər, qadınların sayı isə 1 milyon 920,1 min nəfərə bərabərdir.

Əhalinin 61,5%-i şəhərlərdə, eyni zamanda üçdə bir hissəsi paytaxt Tbilisidə yaşayır.

Azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsinin əhali sayı isə 438,9 min nəfərdir ki, onların da 196,4 mini şəhər, 242,5 min nəfəri isə kəndlərdə məskunlaşıb.