BAKI, 23 aprel. TELEQRAF

"Reallıqdan qopan Serj Sərkisyan və komandası yenidən hakimiyyətə qayıda biləcəklərini düşünərək səhnə və səsgücləndirici axtarır".

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Hasmik Akopyan deyib.

“Serj Sərkisyanın istefasından dərhal sonra Ermənistan küçələrinin təbəssüm və sevinc göz yaşları ilə necə dolduğunu xatırlayıram. İnsanlar bir-birini ona görə təbrik edirdilər ki, bu mənfur adamın istefasına nail olmuşdular. Bu gün həmin Serj Sərkisyan və komandası reallıqdan qoparaq yenidən səhnə və səsgücləndirici axtarırlar. Geri qayıda biləcəklərini düşünürlər. Əlbəttə, heç kim düşünməyə mane ola bilməz, amma xalq da sizi xatırlayır”, - deputat bildirib.