TBİLİSİ, 16 aprel. TELEQRAF

Gürcüstanda Çin dili ikinci xarici dil kimi tədris olunacaq.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze bildirib.

Nazirin sözlərinə görə, Çin dilinin tədrisi üçün təhsil resurslarının hazırlamasına başlanılacaq.

A.Tsuladze qeyd edib ki, bu vaxta qədər Gürcüstanda Çin dilinin xarici dil kimi standartı olmayıb.