
BAKI, 19 mart. TELEQRAF
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill bütün ermənilərin katolikosu II Qaregini “Moskva mitropoliti Müqəddəs Aleksi” ordeni ilə təltif edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın katolikosunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, orden “II Qareginin iki kilsə arasında münasibətlərin inkişafına verdiyi mühüm töhfələrə və erməni patriarxının taxta çıxmasının 25-ci ildönümü münasibətilə” verilib.
Orden II Qreginə Eçmiədzin kilsəsində (Üçkilsə - red.) Moskva Patriarxlığının Xarici Kilsələrlə Əlaqələr İdarəsinin sədri Antoni tərəfindən təqdim olunub.
Mərasimdə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də iştirak edib.