BAKI, 15 noyabr. TELEQRAF
Qazax rayonunun Aslanbəyli kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində baş verən yanğın nəticəsində 3 ton ot bağlaması yanıb.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ot bağlamaları yığılmış sahədə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə zamanı ümumilikdə 13 ton ot bağlamasının 3 tonu yanıb, böyük hissəsi isə yanğından mühafizə olunub.