ORDUBAD, 15 noyabr. TELEQRAF

Ordubad rayonunda avtobus qəzası baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Dırnıs kəndində qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində 11 nəfər xəsarət alıb.

Xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.