BAKI, 14 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Rusiya və Çin liderləri ilə mümkün üçtərəfli görüşdə Ukrayna məsələsini müzakirə etməyi planlaşdırmır.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.
Məlumata görə, Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə ABŞ-nin İrandakı əməliyyatı və nüvə silahlarının yayılmaması məsələlərini müzakirə etmək niyyətindədir.
O, Ukrayna münaqişəsinin nizamlanması mövzusuna toxunmaqdan isə çəkinməyə üstünlük verir.
Qeyd edək ki, APEC liderlərinin 33-cü qeyri-rəsmi görüşü noyabrın 18-19-da Çində keçiriləcək.