BAKI, 14 noyabr. TELEQRAF

İran hərbi dəniz qüvvələrinin məlumatına görə, Hörmüz boğazının şərqində dəniz minasına düşən tanker yanıb və hərəkət qabiliyyətini itirib.

Teleqraf xəbər verir ki, bu barədə İran ordusunun Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, hadisə noyabrın 14-də səhər saatlarında baş verib. Tanker əvvəlki xəbərdarlıqlara məhəl qoymayaraq, izləmə və tanınma sistemlərini söndürüb və boğazın şərqindəki qadağan olunmuş, təhlükəli ərazidən keçməyə çalışıb.

İran tərəfinin açıqlamasına görə, gəmi dəniz minasına düşdükdən sonra alışıb və hərəkətsiz qalıb.