BAKI, 14 noyabr. TELEQRAF

“Böyük yeddilik” (G7) ölkələri Rusiyaya dəstək göstərdiklərinə görə Çin, İran və Şimali Koreyaya qarşı təzyiq tədbirlərini davam etdirmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə G7 xarici işlər nazirlərinin Parisdə keçirilən görüşünün yekunlarına dair birgə bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, G7 ölkələri adıçəkilən dövlətlərə qarşı tədbirləri davam etdirmək niyyətlərini açıq şəkildə ifadə ediblər.