Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.
İlkin məlumata görə, “Changan” və “BYD” markalı avtomobillərin toqquşması nəticəsində sonuncu nəqliyyat vasitəsi aşıb. İdarəetmədən çıxan avtomobil yol kənarında park edilmiş “BMW”, “Audi” və “Volkswagen” markalı maşınlara çırpılıb.
Nəticədə ümumilikdə beş avtomobilə ziyan dəyib. Qəza zamanı xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.