AĞCABƏDİ, 9 noyabr. TELEQRAF

Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Ağdam rayon sakini Şirinov Elxan Ələkbər oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən Hindarx qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elmin Rüstəmovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona ilkin tibbi yardım göstərildikdən sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.