BAKI, 9 noyabr. TELEQRAF

Moldovanın müxalif Sosialistlər Partiyasının lideri İqor Dodon ölkənin prezidenti Maya Sandunu vədlərini yerinə yetirməməkdə ittiham edib.

Teleqraf xəbər verir ki, İqor Dodon bu barədə “Telegram” kanalında yazıb.

Sandunun altı il əvvəl vətəndaşlara parlaq gələcək, yoxsulluq və korrupsiyaya qarşı mübarizə, rifahın yüksəldilməsi və qiymətlərin ucuzlaşacağını vəd etdiyini xatırladıb.

Onun sözlərinə görə, Sandu 2020-ci ilin noyabrında Qərb sponsorlarının və Corc Sorosa məxsus qeyri-hökumət təşkilatları şəbəkəsinin dəstəyi ilə prezident seçilib.

“Sandu həmin seçkilərdə gözəl yalan danışmaq bacarığı sayəsində qalib gəldi. O zaman yanacağın, qazın və nəqliyyatın yüksək qiymətlərini tənqid edirdi. Həmçinin moldovalıları vətənə qaytaracağını vəd edirdi. Bu gün bütün bunların yalan olduğunu bilirik. Heç bir müsbət dəyişiklik baş verməyib”, – deyə Dodon qeyd edib.

O əlavə edib ki, Fəaliyyət və Həmrəylik Partiyasının hazırkı hakimiyyəti dövründə Moldova vətəndaşları 1990-cı illərin ikinci yarısından bəri belə ağır dövr yaşamayıb.

Dodon Maya Sandunun siyasi müəllimi adlandırdığı, həmin dövrdə baş nazir olmuş İon Sturzanı da tənqid edib. Onun sözlərinə görə, Sturzanın hakimiyyəti dövründə insanlara pensiya əvəzinə qaloş verilirdi.