BAKI, 9 noyabr. TELEQRAF

DÇ-2026-da məşhurlaşan Kabo-Verde millisinin qapıçısı Vozinya çıxış etdiyi “Kolo-Kolo” klubu ilə Çili çempionluğunu qazanıb.

Teleqraf xəbər verir ki, 40 yaşlı qolkiperin komandası çempionatın başa çatmasına üç tur qalmış qızıl medalları təmin edib.

Vozinya cari mövsüm Çili çempionatında 5 oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda 4 qol buraxıb, bir matçda isə qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, təcrübəli qapıçı ötən yay “Kolo-Kolo”ya keçib. Onun klubla müqaviləsi 2026-cı ilin dekabr ayının sonuna qədərdir.