BAKI, 9 noyabr. TELEQRAF

“Tottenhem”in kapitanı Miki van de Ven İngiltərə Premyer Liqasında ardıcıl dəqiq ötürmələrin sayına görə rekorda imza atıb.

Teleqraf xəbər verir ki, niderlandlı müdafiəçi “Çelsi” ilə matçın 39-cu dəqiqəsindən etibarən ardıcıl 191 dəqiq ötürmə verib.

Onun bu seriyası üç qarşılaşmanı əhatə edib. Van de Ven “Çelsi”yə qarşı 39, “Kristal Pelas”la görüşdə 123, “Lids Yunayted”ə qarşı isə 28 ötürmənin hamısını dəqiq yerinə yetirib.

Qeyd edək ki, “Tottenhem” son üç oyununun ikisində qələbə qazanaraq İngiltərə Premyer Liqasının turnir cədvəlində 11-ci pilləyə yüksəlib. London təmsilçisi növbəti turda “İpsviç”lə qarşılaşacaq.