BAKI, 9 noyabr. TELEQRAF
Ermənistan hakimiyyəti ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsində əvvəlcə vətəndaşların mövqeyini referendum yolu ilə öyrənməlidir.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin TASS-a müsahibəsində bildirib.
“Sağlam məntiq göstərir ki, əvvəlcə referendum keçirilməli və xalqın fikri öyrənilməli, sonra isə Brüsselə rəsmi müraciət göndərilməlidir. Son vaxtlar Ermənistan rəhbərliyi açıq şəkildə bunun əksini müdafiə edir”, – deyə o bildirib.
Pankin vurğulayıb ki, Baş nazir Nikol Paşinyan hökumətinin Avropa inteqrasiyasına can atması ziddiyyətli vəziyyət yaradıb.
Onun sözlərinə görə, İrəvanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirak sayəsində əldə etdiyi iqtisadi üstünlüklər başqa bir ittifaqa qoşulmaq ideyasının təşviqi üçün istifadə olunur.