BAKI, 2 noyabr. TELEQRAF
Belçika Baş naziri Bart De Vever 2027-ci ilin dövlət büdcəsi ilə bağlı koalisiya danışıqlarının nəticəsiz qalmasından sonra Kraldan istefasını qəbul etməyi xahiş edib.
Teleqraf xəbər verir ki, bu barədə Belçika Kral Sarayının rəsmi bəyanatında bildirilib.
Qeyd edək ki, hərbi xərclərin artması fonunda Belçikanın illik büdcəsində 10 milyard avro çatışmazlıq yaranıb. Bu məbləği qarşılamaq üçün ya sosial xərclər azaldılmalı, ya da vergilər artırılmalıdır.