BAKI, 5 noyabr. TELEQRAF

“Hər zaman deyirəm ki, bizim Azərbaycanla münasibətlərimiz klassik diplomatik təmasların çox-çox fövqündədir”.

Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyadan qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

"İki ölkənin qırılmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah, gələcəyimizin məhsuludur. İnşallah, Türkiyə-Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur", - Türkiyə lideri vurğulayıb.