BAKI, 2 oktyabr. TELEQRAF

Rusiyanın Samara vilayətində “Transneft” sisteminə daxil olan Avropanın ən böyük ehtiyat parkı hesab edilən eyniadlı istehsal-göndərmə stansiyası Ukrayna ordusunun dron hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə ASTRA məlumat yayıb.

Hava hücumundan sonra obyektdə yanğın baş verib.

Volqoqrad vilayətində isə neft emalı zavodu hücuma məruz qalıb. Hücumdan sonra müəssisədə yanğın başlayıb.