BAKI, 2 oktyabr. TELEQRAF
“Rusiyadan qorxmuruq, Ukraynaya dəstəyi dayandırmayacağıq”.
Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.
“Rusiyanın hibrid hücumlarından qorxmuruq. Rusiya xaos yaratmaq, cəmiyyətimizi bölmək və ölkəmizi zəiflətmək istəyir. Biz hazırıq. NATO olaraq sürətli və aydın şəkildə reaksiya veririk. Ukraynaya dəstəyi dayandırmayacağıq”, - Almaniya lideri vurğulayıb.