BAKI, 3 oktyabr. TELEQRAF
“Rusiyanın bu səhər Ukraynaya hücumunu pisləyirəm, onun müharibəsi təhlükəli şəkildə Moldovaya çatır”.
Teleqraf xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.
Ölkə lideri bildirib ki, son dövrlərdə Moldova hava məkanı tez-tez Rusiya dronları və raketləri tərəfindən pozulur və onların bir qismi ölkə ərazisində partlayıb.
“Moskva bütün Avropada insanların həyatını riskə atır, onun qarşısı alınmalıdır”, - Maya Sandu vurğulayıb.