BAKI, 4 oktyabr. TELEQRAF
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Lesotonun Müstəqillik Gününü təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib.
"Lesotonun Milli Bayramı münasibətilə Lesoto Krallığının xalqına və Hökumətinə səmimi təbriklər! Milli Bayramınız mübarək!", - paylaşımda deyilir.