BAKI, 2 oktyabr. TELEQRAF

İsveçrə Prezidenti və iqtisadiyyat naziri Gi Parmelen hökumətdə 11 il çalışdıqdan sonra ilin sonunda istefa verəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Neue Zürcher Zeitung” (NZZ) məlumat yayıb.

Parmelen mətbuat konfransı çağıraraq bildirib ki, xüsusilə geosiyasi çətinliklər dövründə hökumətin yeni və gənc qüvvələrə ehtiyacı var.

İsveçrə lideri onurğa ilə bağlı problemlərdən əziyyət çəkir. Amma Parmelen jurnalistlərə deyib ki, istefasının səbəbləri səhhəti ilə bağlı deyil. Prezident 11 il işlədikdən sonra yorğunluq hiss etdiyini vurğulayıb.

“Artıq əvvəlki qədər güclü həvəs yoxdur”, - o əlavə edib.