BAKI, 2 oktyabr. TELEQRAF

Litva Ukraynanın hazırladığı "SkyFortress" akustik və radioelektron dron aşkarlama sisteminin tətbiqinə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Hər şeyi yenidən yaratmaq əvəzinə, hava hücumundan müdafiəni gücləndirmək üçün Ukraynada fəaliyyət göstərən dron aşkarlama sistemindən istifadə etdik", - müdafiə naziri Robertas Kaunas bildirib.