BAKI, 2 oktyabr. TELEQRAF
Rusiya Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) konstruktiv fəaliyyətini davam etdirəcəyinə ümid edir.
Teleqraf xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk “Vesti”yə müsahibəsində Ermənistanın Aİİ-nin üzvü olaraq qalmasını istədiklərini bildirib.
“Ermənistanı Avrasiya İqtisadi İttifaqının iştirakçısı kimi görürük. Ermənistanın ittifaqa üzv olduğu 10 ildən bir qədər artıq müddətdə ölkənin adambaşına düşən ÜDM-i demək olar ki, üç dəfə artıb”, - o qeyd edib.