BAKI, 3 oktyabr. TELEQRAF

Litvanın Zoknyay hərbi hava bazasında yerləşən NATO qırıcıları ölkənin hava məkanında görülən naməlum obyektə görə havaya qaldırılıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Milli Böhranların İdarə Edilməsi Mərkəzi məlumat yayıb.

Milli Mərkəz Vilnüs dairəsində və Ukmerqe şəhəri ərazisində hava həyəcanı təhlükəsi barədə də məlumat verib.

Vilnüs Beynəlxalq Hava Limanı bağlanıb.