BAKI, 3 oktyabr. TELEQRAF

2027-ci ildən etibarən Latviya dövlət mediasında rus dilində yayım məhdudlaşdırılacaq.

Teleqraf xəbər verir ki, bu barədə LSM məlumat yayıb.

Latviya dövlət mediasına yalnız fövqəladə hallarda, müstəsna vəziyyət zamanı və ya dezinformasiyanı təkzib etmək üçün rus dilində məzmun hazırlamağa icazə veriləcək.

Ölkə parlamentinin 55 üzvü məhdudiyyətlərin tətbiqini dəstəkləyib, 24 nəfər isə buna qarşı çıxıb.

Qanun 2027-ci il yanvarın 1-də qüvvəyə minəcək.