BAKI, 3 oktyabr. TELEQRAF

Qazaxıstanda Rusiyanın sorğusu əsasında Ukrayna vətəndaşı saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib.

Ombudsmanın məlumatına görə, ukraynalı Lyubov Rojanskaya azyaşlı nəvəsi ilə Ukraynaya qaytarmaq üçün Rusiyadan Qazaxıstana gedib. Amma yerli hüquq-mühafizə orqanları onu Rusiyada 2023-cü ildə açılmış cinayət işi ilə əlaqədar saxlayıblar.

“Lyubov Rojanskayanı əslində aldadaraq Qazaxıstana gətiriblər. Rusiyada uşağın “yeni qohumlar”ı FSB ilə əməkdaşlıq edərək qadınla əlaqə saxlayıb və onu Ukraynadan uşağı şəxsən götürmək üçün Rusiyaya gəlməyə qəsdən təhrik etməyə çalışıblar. Qadın onlara inanıb və Rusiyada onun saxlanılmasına artıq hazırlıq görüldüyünü bilmədən Astanaya gəlib”, - Lubinets bildirib.

Ombudsman qadının həyati təhlükə baxımından Rusiyaya ekstradisiya edilməsinin yolverilməz olduğunu vurğulayıb:

“Ukraynalıların Rusiya sisteminin əlinə keçdikdən sonra başına nələr gəldiyini yaxşı bilirik. Buna görə də dərhal Qazaxıstanın ombudsmanı Artur Lastayevə müraciət edərək hansısa ekstradisiyaya yol verilməməsini tələb etdim”.

Dmitri Lubinets əlavə edib ki, bu, Rusiya ərazisindəki ukraynalı uşaqları müstəqil şəkildə götürməyə cəhdin nə qədər təhlükəli olduğunu göstərir.