BAKI, 2 oktyabr. TELEQRAF

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən "Kəpəz" yoxlama oyunu keçirib.

Teleqraf vxəbər verir ki, Gəncə təmsilçisi 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) ilə üz-üzə gəlib.

Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.