BAKI, 2 oktyabr. TELEQRAF
İngiltərənin “Mançester Yunayted” klubunun portuqaliyalı futbolçusu Bruno Fernandes karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Teleqraf “Marca”ya istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin Premyer Liqa klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.
“Mançester Yunayted”in futbolçunun sözləşməsini daha bir il uzatmaq imkanı olsa da, tərəflər uzunmüddətli yeni müqavilə ilə bağlı hələ razılığa gələ bilməyiblər.
Məlumata görə, klub uzunmüddətli anlaşma əldə olunmasa, Fernandesin satışını da nəzərdən keçirə bilər. İngiltərə təmsilçisi futbolçunun 2028-ci ildə azad agent statusu alaraq klubdan ayrılmasını istəmir.
Bildirilir ki, təcrübəli futbolçunun xidmətində Avropanın bir neçə klubu maraqlıdır. “Mançester Yunayted”in isə Fernandes üçün artıq transfer qiyməti müəyyənləşdirdiyi qeyd olunur.
Qeyd edək ki, Bruno Fernandes 2020-ci ildən “Mançester Yunayted”in formasını geyinir.