BAKI, 2 oktyabr. TELEQRAF

Yəmən Hərbi Hava Qüvvələri Taiz vilayətində qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) canlı qüvvə, silah anbarı və hərbi texnikalarına döyüş təyyarələri ilə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələri məlumat yayıb.

Taizdə baş verən toqquşma zamanı husilərin 100-dən çox silahlısı öldürülüb.