BAKI, 28 sentyabr. TELEQRAF
“Almaniyanın nüvə silahı hazırlaması ilə bağlı iddialar əsaslı ola bilər”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Dmitri Lyubinski deyib.
“Son vaxtlar alman mütəxəssislərin ölkənin çox qısa müddətdə öz nüvə silahlarını yaratmaq üçün texniki imkanlara malik olması barədə müzakirələrində nəzərəçarpacaq artım görünür. Bu məlumatlar əsassız yerə ortaya atılmayıb. Təcrübə göstərir ki, od olmayan yerdən tüstü çıxmaz”, - diplomat bildirib.