BAKI, 30 sentyabr. TELEQRAF
“Çexiya Rusiyanın Baltikyanı ölkələrdən birinə hücumu halında NATO çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazırdır”.
Teleqraf xəbər verir ki, bunu Çexiya Baş naziri Andrey Babiş deyib.
Hökumət başçısı Rusiyanın NATO-ya qarşı mümkün addımlarına hazırlığı ilə bağlı bildirib ki, hökumət təhlükəsizlik məsələlərini Prezident Petr Pavellə müzakirə edir:
“Bizim bu barədə danışmamağımız o demək deyil ki, bu məsələ ilə məşğul deyilik. Əlbəttə, hazırlaşırıq. Əgər, Tanrı qorusun, Rusiya Baltikyanı ölkələrdən birinə hücum etsə, biz 5-ci maddəyə əsasən (NATO üzvlərinin qarşılıqlı müdafiə ilə bağlı öhdəlikləri) iki mexanikləşdirilmiş briqadamızı göndərməliyik”.
Babiş əlavə edib ki, Praqa fəal hərəkət edəcək və öz reaksiyasını müzakirə etsə də, məxfi məlumatların açıqlanması üçün əsas görmür.