BAKI, 30 sentyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski cəbhə bölgəsinə səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial media hesabında məlumat veribş

“Knyaz Mstislav Xorobri adına 66-cı Əlahiddə Mexanikləşdirilmiş Briqadanın komanda məntəqəsi. Bu gün burada Liman istiqamətində tapşırıqları yerinə yetirən döyüşçülərlə görüşdüm və onları dövlət mükafatları ilə təltif etdim. Briqadanın komandiri ilə bölmənin yerinə yetirdiyi tapşırıqlar və briqadanın ehtiyacları barədə söhbət etdim”, - Zelenski yazıb.

Ukrayna lideri vurğulayıb ki, briqada “Vivaldi” əməliyyatı çərçivəsində Üçüncü Ordu Korpusunun tərkibində digər bölmələrlə birlikdə artıq 125 kvadrat kilometrdən çox ərazini işğaldan azad edib.