BAKI, 30 sentyabr. TELEQRAF
ABŞ-nin milli təhlükəsizlik strategiyasına Polşada daimi hərbi bazanın yaradılması daxil edilib.
Teleqraf xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış mətbuat konfransında bildirib.
O qeyd edib ki, ABŞ-nin yeni strategiyasında əsas məqamlardan biri məhz Polşada amerikalı hərbçilər üçün daimi bazanın qurulmasıdır:
"Pentaqonun Avropadakı hərbçilərinin sayında planlaşdırdığı dəyişikliklər Polşaya mənfi təsir göstərməyəcək".