BAKI, 2 oktyabr. TELEQRAF
Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı öz işini davam etdirir.
Teleqraf xəbər verir ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə nitq söyləyib.
Daha sonra YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP İdarə Heyətinin hesabatını təqdim edib.
Qurultayda buna dair təkliflər irəli sürülüb və məsələ səsə qoyularaq yekdilliklə təsdiq olunub.