BAKI, 2 oktyabr. TELEQRAF

Sabiq prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun nümayəndəsi Artur Ohanyan saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Bildirilib ki, “Ermənistan” blokunun keçmiş deputatlığa namizədi A.O. da daxil olmaqla 2 nəfər seçki rüşvətinin verilməsi və alınması ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Komitəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində saxlanılıb.