BAKI, 2 oktyabr. TELEQRAF
Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva ABŞ Prezidenti Donald Trampla görüşüb.
Teleqraf xəbər verir ki, Özbəkistan rəsmisi bu barədə sosial şəbəkədə yazıb.
“ABŞ Prezidenti Donald Trampla görüşmək və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xoş arzularını çatdırmaq mənim üçün böyük şərəf oldu”, - Mirziyoyeva bildirib.